Haqqımızda

Ədəbincə.az logo

Tarixi

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı 2015-ci ildə Orxan Bahadırsoy tərəfindən layihələşdirilib. 2016-cı ilin aprel ayında ilk dəfə yayımlansa da, üç aydan sonra, müəyyən səbəblərlə yayımı dayandırılıb. 2020-ci ildə yenidən və tam şəkildə fəaliyyətə başlayan portal Ədəbiyyatı və İncəsənəti Ədəblə və İncəliyi ilə oxuculara təqdim etməyi, yayımlandağı ölkədə ədəbiyyata və incəsənətə olan marağı artırmağı, sənəti günlük ehtiyaca çevirməyi, sənətlə öyrətməyi və maarifləndirməyi, ciddi sənət nümunələri və sənətlə bağlı dəqiq məlumatlar üçün ən etibarlı istinad nöqtəsi olmağı, yerli ədəbiyyata yeni imzalar, yerli incəsənətə yeni simalar qazandırmağı, istedadlı və bilikli sənət nümuyəndələrinin öz oxucu və izləyici kütləsi ilə qovuşmasını təmin etməyi qarşısına məqsəd qoyub. Portalın təsisçi və baş redaktoru Orxan Bahadırsoy, tərtibatçısı Ömər Balayevdir.

Məzmunu

Ədəbİncə – Ədəbiyyat və İncəsənət portalı Ədəbiyyat, İncəsənət, Publisistika, Tarix və Maqazin bölmələri üzrə Poeziya, Nəsr, Dramaturgiya, Kino, Teatr, Musiqi, Rəsm, Köşə, Məqalə, Tənqid, Araşdırma, Çıxarış, Ədəbi Şou, Şou-Biznes, Layihələr olmaqla müxtəlif məzmunlu kateqoriyalardan ibarətdir.

Ədəbiyyat bölməsi üzrə yayımlanan və yayımlanması nəzərdə tutulan materiallarla müxtəlif ədəbi növlərdə və bir-birindən fərqli janrlarda Azərbaycan və dünya ədəbiyyatının klassik və müasir nümunələrini oxuculara təqdim edirik. Bu bölmədə lirik növ üzrə müxtəlif üslubda poeziya nümunələri, epik növ üzrə hekayələr, novellalar, povest və romanlardan parçalar və digər nəsr nümunələri, dramatik növ üzrə isə kiçikhəcmli pyeslər, irihəcmli dram əsərlərindən parçalar, dramaturgiya ilə bağlı nəzəri yazılar yayımlanmaqdadır.

İncəsənət bölməsi üzrə yayımlanan və yayımlanması nəzərdə tutulan materiallarla incəsənətin müxtəlif sahələri ilə bağlı nəzəri və tarixi yazıları, yenilikləri, sənət hadisələri haqqında xəbərləri və digər maraqlı məlumatları oxuculara təqdim edirik. Kino kateqoriyasında maraqlı film və serial tövsiyələri, bunlarla bağlı təhlil-tənqid yazıları, teatr kateqoriyasında teatr tamaşaları ilə bağlı tövsiyələr, resenziyalar, teatr üzrə nəzəri materiallar, musiqi kateqoriyasında mahnı tövsiyələri, təhlil-tənqid yazıları, nəzəri materiallar, musiqi dühaları haqqında məlumatlar, rəsm sahəsi üzrə müxtəlif rəssamlar və onların əsərlərinin yaranma tarixi haqqında məlumatlar, rəsm üzrə təhlil-tənqid yazıları və nəzəri materiallar yayımlanmaqdadır.

Publisistika bölməsi üzrə yayımlanan və yayımlanması nəzərdə tutulan materiallarla müxtəlif maraqlı və maarifləndirici publisistik yazlıları oxuculara təqdim edirik. Bu bölmə üzrə kateqoriyalarda sənət məsələləri ilə yanaşı, sosial-ictimai, elmi-bədii və başqa mövzularda köşə yazıları, məqalələr, tənqidi yazılar və digər materiallar yayımlanmaqdadır.

Tarix bölməsi üzrə yayımlanan və yayımlanması nəzərdə tutulan materiallarla, əsasən, tarixdə  yaşamış şəxslər və baş vermiş hadisələrlə bağlı materialları oxuculara təqdim edirik. Buradakı kateqoriyalarda tarixi araşdırmalarla yanaşı elmi və müasir mövzulu araşdırmalar, tarixi önəm daşıyan kitab, film, musiqi və digər sənət nümunələrindən istinad əhəmiyyətli çıxarışlar yayımlanmaqdadır.

Maqazin bölməsi üzrə yayımlanan və yayımlanması nəzərdə tutulan materiallarla, əsasən, şou xarakterli yazı və videoları oxuculara təqdim edirik. Bu bölmə üzrə Ədəbi Şou kateqoriyasında sırf ədəbiyyat adamları və ədəbiyyat nümunələri haqqında maqazin başlıqları və qalmaqallı yazılar, videolar yayımlanmaqdadır. Bu kateqoriya ədəbiyyatın da müasir populyar mədəniyyətin bir hissəsinə çevrilməsi və ədəbiyyat adamlarının, bilavasitə ədəbi nümunələrin şöhrətlənməsi, gündəmə gəlməsi məqsədini daşıyır. Şou-Biznes kateqoriyasında yerli və dünya ulduzlarının maqazin xəbərləri yayımlanmaqdadır.

Əməkdaşlıq şərtləri

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı istedadına və biliyinə güvənən hər kəsin sənət sahələri ilə bağlı istənilən materialını yayımlamağa hazırdır. Materialların göndərilməsi üçün əlaqə vasitəsi bu yazının sonundakı Əlaqə paraqrafında qeyd olunub.

Göndərilən materiallarda irqi, milli, dini və cinsi ayrıseçkiliyin, təhqir, şiddət və digər hər hansı münaqişə çağırışlarının və başqa hüquqla tənzimlənməyən məqamların yolverilməz olduğunu əvvəlcədən və önəmlə vurğulayırıq.

          Ədəbİncə – Ədəbiyyat və İnəcəsənət Portalına göndərilən materialın müəllifliyə dair hüquqi məsələləri bu materialı göndərən şəxsə aiddir. Portal dərc olunan yazıların və digər nümunələrin yalnız yayım hüququna sahibdir və bu materialların müəlliflik hüququ üzrə  məsuliyyət daşımır. Bu səbəblə göndərilən hər bir materialda bu materialın müəllifinin dəqiqliklə qeyd edilməsi qətiyyətlə tövsiyə edilir.

          Ədəbİncə Portalı yalnız müqavilə əsasında əməkdaşlıq etdiyi şəxslərə qonorar ödəyir. Digər müəlliflər portala yazı göndərməklə bu yazının sərbəst yayımlanmasını qəbul etmiş olurlar.

Gələcək planları

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı tamamilə sənətə məxsus olan və sənətlə bağlı əhəmiyyətli, maraqlı və maarifləndirici materialların etibarlı və zəngin bazası olmağı əsas məqsəd olaraq seçib. Portalın gələcək planlarına müxtəlif kateqoriyalar üzrə mütəmadi internet verilişləri yayımlamaq, ilk dəfə bu portalda yayımlanan bədii nümunələrin zaman-zaman nəşrini həyata keçirmək, hər bölmə üzrə yeni və əhəmiyyətli üsullarla müxtəlif məzmunlu müsabiqələr təşkil etmək və digər məsələlər daxildir.

Oxucu dəstəyi

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı hər hansı dövlət qurumundan, hüquqi və ya fiziki şəxsdən heç bir maliyyə dəstəyi almadan, tam sərbəst fəaliyyət göstərməkdədir. Ədəbiyyatın və İncəsənətin azadlığını və şəffaflığını qorumaq adına portal hər hansı qurum və ya şəxslə şərti tərəfdaşlığı qətiyyən qəbul etmir. Tamamilə toplumun mədəni dəyərlərinin qorunması, mədəni sərvətinin çoxalması, ədəbiyyatın və incəsənətin maariflənmə və tərəqqi yolunda öz əhəmiyyətli rolunu icra etməsi, yerli mədəniyyətin dünya mədəniyyəti ilə ayaqlaşa bilməsi adına fəaliyyət göstərən Ədəbİncə Portalı yalnız sənət pərəstişkarlarının şərtsiz və sevgi ilə göstərdiyi fərdi maliyyə dəstəyini qəbul edə bilər. Dəstək üçün əlaqə vasitəsi bu yazının sonundakı Əlaqə paraqrafında qeyd olunub.

Reklam

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı maraqlananlar üçün anlaşmalı reklam təkliflərinə açıqdır. Portal anlaşma şərtlərindən asılı olaraq reklamın sosial media yayımını, nəşri tirajlanmasını və digər məsələləri təmin edə bilər. Reklam təklifləri üçün əlaqə vasitəsi bu yazının sonundakı Əlaqə paraqrafında qeyd olunub.

Əlaqə

Ədəbİncə Portalında dərc olunmaq üçün redaktor@edebince.az  ünvanına materiallarınızı, portala maliyyə dəstəyi üçün destek@edebince.az ünvanına, reklam məsələləri üçün  reklam@edebince.az sual və təkliflərinizi göndərə bilərsiniz.

Baş redaktor, Orxan Bahadırsoy: bahadirsoy@mail.ru

Tərtibatçı, Ömər Balayev: Linkedin

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı sizə sağlamlıq, sevgi və xoşbəxtlik, aydın və parlaq zəka, böyük zehni və mənəvi güc arzulayır! Hər zaman sənətlə qalın və sənəti Ədəbİncə yaşayın!