Köşə Tənqid

Elmin cəhalətlə, insanların irqçiliklə imtahanı

Suriyalı, somalili, afrikalı, lübnanlı, qırğızıstanlı və türkmənə qarşı özünü üstün irq görən bu anlayış, təbii ki, özünü isveçrəli, alman, danimarkalıdan, isveçlidən də aşağı görür və ya ən yaxşı ehtimalla birilərini digərlərindən üstün və ya aşağı görməyi o qədər rahat, o qədər sorğulamadan mənimsəmiş olur ki – Yasin Aktay

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı türk köşə yazarı Yasin Aktayın köşə yazısını təqdim edir:

İrqçilik bir fikir deyil, bir siyasi münasibət deyil, hər şeydən öncə bir xəstəlikdir! Amma içində əxlaqsızlıq da, insanlığa qarşı zərərli duyğular da yerləşən bir xəstəlikdir. Zərəri yalnız özünə dəyən bir xəstəlik yox, başqalarına da dəydiyi üçün, keçici özəlliklər daşıdığı üçün və cəmiyyətin harmoniyasını pozduğu üçün qarşısını almaq lazım olan bir xəstəlikdir. Bu xəstəlikdən bəhs edərkən “çox şükür” deməyimizi gərəkdirəcək qədər ciddi bir toxunulmazlığımız olduğunu deyə bilərik. Xüsusilə, insanların ruhuna nüfuz edən tibb kimi İslam dəyərləri irqçiliyə qarşı ciddi bir qorunma təmin edir. Ancaq bu, əlbəttə ki, İslamın bəzi dəyərlərini mənimsədiyi dərəcədə məhdud bir qorumadır.

Əfsus ki, cəmiyyətimizin müəyyən bir qisminə iflah olunmaz bir şəkildə nüfuz etmişdir və təəssüf ki, bu xəstəliyi ən təhlükəli şəkildə alovlandıran siyasi cəsarət tapması, siyasətçilər tərəfindən bir fürsət, siyasi mənfəət sahəsi kimi görülməsidir. Ana müxalifətin Qətərlə bağlı iddialarını səsləndirməsi irqçiliyin sadəcə bir nümunəsidir. Sosial-demokratik bir partiya olaraq bütün dünyada bunun üçün yazılmış rol irqçiliyə, immiqrasiyaya və ya xarici düşmənliyə qarşı durmaqdır. Amma ki, Kılıçdaroğlu bu məsələdə ən faşist irqçilərə mərhəmət göstərir. Ancaq başqa bir irqçilik xəstəliyi burada özünü göstərir: İrqçilər özlərini bəzi irqlərdən üstün görsələr də, özlərini bəzi irqlərdən aşağı hesab edirlər. Məsələn, Qətərə qarşı göstərdiyi irqçiliyi Holland, Alman, İngilis, İtalyan və ya Fransız irqinə göstərmir. Türkiyə iqtisadiyyatı, dünyaya açıq bütün iqtisadiyyatlar kimi xarici sərmayə girişlərini iqtisadiyyatın gücünün də bir göstəricisi olaraq görmək vəziyyətindədir. Bununla bərabər, Qətər bu sahədə bir “əcnəbi” də deyildir. Necə bir baxış tərzidirsə, Qətər sərmayəsi bir əcnəbidən də ötə bir nifrət məsələsi halına gətirilə bilir. Amma bu sistemin digər üzü Kılıçdaroğlunun və bu irqçi düşüncələrə qapılanların özlərini başqa irqlərdən aşağı görməsi olaraq nəticələnir.  

Məsələ Türkiyə universitetlərinin beynəlmiləşməsindən və bəzi universitetlərimizdə oxuyan əcnəbi tələbələrin sayının bunun bir göstəricisi olaraq gərəyindən açılmışdı.

Sol müxalifət adına hərəkət edən bir internet saytının bu sözlərimi xəbərləşdirmə tərzi, onsuz da, əvvəldən özlərini nə qədər alçaltdıqlarınə göstərirdi. Allah var, heç bir şey qatmadan, yalnız o yazıdakı sözlərimi alıb medyaya xəbər etmişdilər. Amma bu sözlərin seçilmə tərzindən kimə nə mesaj verdikləri, izləyicilərinin içindəki irqçi canavarın qarşısına necə bir yem atdıqlarını çox yaxşı bildiklərini göstərirlər. “Bu gün bir Karabük universitetində 90 ayrı ölkədən 10 min, Siirt universitetində 35 ayrı ölkədən 3 min əcnəbi tələbənin oxuduğunu bilmək, bir akademik olaraq məni artıqlamasıyla həyəcanlandırır” cümləsi bol miqdarda, amma bir neçə tipik nümunə ilə cavablar aldı:

“Ölkə adlarını da versəydi barı: 1) Finlandiyadan 1000 tələbə, 2) İsveçrədən 999 tələbə, 3) Yaponiyadan 998 tələbə, 4) Danimarkadan 997 tələbə, 5) Almaniyadan 996 tələbə…”

“Türk tələbəyə yer qalmayıb desənə… ciddən, bunların hamısının rəqəmlərlə problemi var…”

“Tükiyədən neçə nəfər qalıb bəs!”

“Oxuyan tələbələr, məsələn, İngiltərədənmidir, ya da norveçli neçə tələbə oxuyur? İsveçli, alman, amerikalı, italyan, ispaniyalı, yaponiyalı neçə tələbə var? Əgər, varsa, həqiqətən bunu bir uğur sayaram.”

“Onlar olmazsa da, suriyalı, somalili, afrikalı, lübnanlı, qırğızıstanlılar və türkmənlər var. Hə, bir də artıq Tibb Fakultələrimizə qətərli dostlarımız yerləşəcək, əlhəmdulillah…”

Hansı səviyyədəki insanların sinirlərini oyatmağa hədəfli bir siyasət anlayışına Türkiyədəki universitetlərin haradan-haraya gəlmiş olduğunu bu cür daha yaxşı görülər.

Suriyalı, somalili, afrikalı, lübnanlı, qırğızıstanlıya və türkmənə qarşı özünü üstün irq görən bu anlayış, təbii ki, özünü isveçrəli, alman, danimarkalıdan, isveçlidən də aşağı görür və ya ən yaxşı ehtimalla birilərini digərlərindən üstün və ya aşağı görməyi o qədər rahat, o qədər sorğulamadan mənimsəmiş olur ki. Böyük ehtimalla, bəhs etdiyi ölkələrin universitetlərində oxuyan türklər üçün də o ölkənin irqçilərindən eyni şeyləri deyənlər vardır. Amma sayları ortalama olaraq bu qədərmidir, onu bilmirəm. Bizdəki bu izdiham, insanlıq üçün qorxulu səviyyədədir.

Bir dəfə özündən “üstün” deyə qənaətə gəldiyi ölkələrdə oxuyan əcnəbi tələbələrin əhəmiyyətli bir qismi yenə bu “alçaltdığı” ölkələrdəndir. İngiltərənin universitetlərində Avropadan və ya Amerikadan tələbələrmi oxuyur zənn edirsiniz? Orada da mütənasib olaraq, tam da bu Asiya-Afrika ölkələrinin tələbələri oxuyur və oxuduqdan sonra ya ölkədə qalıb ölkənin beyin potensialına qatqı göstərir, ya da ölkələrinə qayıdıb İngilis elminin təbii daşıyıcısı və elçisi halına gəlirlər. Amma İngiltərədə özəlliklə bu mövzuda onları alçaldan kimsə çıxmaz, çünki bu təhsil ixracatının nə mənaya gəldiyini hər kəs bilir. Mənim oxuduğum illərdə ODTÜ Türkiyənin ən beynəlxalq üniversiteti idi. Buna rəğmən, sayları yüzü keçməyən tələbələrin çoxu yenə Asiya və Afrika ölkələrindədir.

Türkiyədə isə təhsil sistemi ixracata ilk dəfə açılır və hələ başlanğıc mərhələsindədir. Bu mövzuda indidən ortaya çıxan səhnə bütünlüklə qürür verici səviyyədədir. Amma bu səviyyələrdə qarşımıza çıxan cahillərin və irqçi əxlaqsızların dirənişi olur. Bu da elmin cəhalətlə əzəli imtahanı deyilmi?!

Yasin Aktay

Yasin Aktay
www.yenisafak.com

Türcədən tərcümə: Nicat Tehran