Araşdırma Məqalələr Tarix

Narkotik ticarəti, zibil şəhərləri, xəstəliklər – dünyanın ən kirli ölkəsi…

Pakistan yarışmada qalib olanlara yeni doğulan uşaq hədiyyə edir…

Ədəbincə – Ədəbiyyat və İncəsət portalı Pakistan haqqında maraqlı məlumatları təqdim edir:

Bir ölkə düşünün ki, orda nəfəs almaq belə çətindir. Hətta, dünyanın ən kirli ölkəsidir. Dünyanın ən böyük narkotik satışı mərkəzlərindən biridir. Maraqlı adət-ənənələri, geyimləri, fərqli insanları olan, amma dünyanın ən kirli ölkəsi sayılan həmin ölkədən danışacağıq.

1947-ci ildə istiqlaliyyət qazanan Hindistan, dini icma prinsipləri əsasında iki dövlətə – Hİndistan və Pakistan dövlətlərinə bölünür. 1947-ci ilin avqust ayının 14-də isə müstəqil Pakistan dövləti yaradıldığı elan edilir. Ölkəni yaradan müsəlmanlar olduğu üçün onlar, vaxtı ilə sıx toplaşdığı şəhərlərin adının baş hərflərini birləşdirərək, ölkəyə “Pakistan” adını verirlər. 216 milyon əhalisi olan bu ölkənin 97% – i müsəlmanlardan ibarətdir. Rəsmi hesablamalara görə, ölkə əhalisinin yalnız 59% – i oxuma-yazma bilir. Dövlətin rəsmi dili Urdu dili olsa da, İngilis tabeliyi altında olduğu dönəmdə ən çox danışılan ikinci dil ingilis dili olduğu üçün bu dil, artıq rəsmi dil olaraq qəbul edilir.

Ölkədə milli geyimə çox önəm verilir. Qadınlar üçün daha rəngli geyimlər olsa da, kişilər üçün ağ və qara rəngləri əlçatandır. Xarici görünüşə çox əhəmiyyət verən Pakistan qadınlarının həmişə geyimləri xüsusi naxışlı, əlləri xınalı olur və bər-bəzək onların geyimlərində olmazsa olmazlardan biridir.

Pakistanda digər ölkələr tərəfindən diqqət çəkən başqa xüsusiyyətlərdən biri də  ənənəvi rəqsləridir. Çox vaxt toylarda icra olunur. Ən məşhurları Gitta və Jumardır. Gittada musiqi aləti yerinə alqışlarıyla ritm tutulur və dairəvi hərəkətlərlə rəqs  edirlər. Burda qadınlar ərləri və ya qaynanaları ilə bağlı mahnılar söyləyirlər. Jumarda isə sadəcə kişilər rəqs edirlər. Gitta kimi o da toylarda icra olunur və burada baba, ata, oğul birlikdə rəqs edirlər.

Pakistanın illərdir davam edən ən maraqlı adətlərindən biri də dəvə bərbərliyidir. Dəvələrin yunları tək qayçı ilə müxtəlif naxışlarla kəsilir. Dəvə bərbərliyi dünyanin ən qəribə və diqqət cəlb edən peşələrindən biridir ki, Pakistanda bu adət halına çevrilib və günümüzdə də davam edir. Dəvə alınıb satılmasında dəvələrin gözəl görünməsi vacib hesab edilir və bu səbəbdən dəvələrin dərisi xüsusi naxışlarla bəzədilir. Bu artıq sənət halına çevrilib. 

Göründüyü kimi pakistanlılar bəzək-düzəyə böyük əhəmiyyət verirlər. Hətta yük maşınlarını belə xüsusi boyalarla, xüsusi naxışlarla bəzəyirlər və bu pakistanlılar üçün çox vacibdir. Naxışlarda ən çox quş şəkillərindən istifadə olunur. Əgər, Pakistana getməli olsanız belə maşınlar gördükdə çox da təəccüblənməyin.

Pakistan xalqının bəzək-düzəyə, gözəl geyimə çox önəm verməsinə baxmayaraq, Pakistan dünyanın ən çirkli ölkəsi sayılır. Pakistanın ən böyük şəhərlərindən olan Lahor şəhərinin havası o qədər çirklidir ki, burada çox insan ağciyər xəstəliyinə tutularaq həyatını itirir. Şəhərin küçələri zibil tullantıları ilə dolu bir haldadır.

Pakistanda toylar da olduqca maraq cəlb edir. Qız tərəfi evlənənə qədər cehiz hazırlamalı olur. Çox vaxt bu mal-mülk, qızıl, torpaq sahəsi kimi dəyərli, bahalı əşyalar olur. Toylar 6 gün boyunca davam edir. 1-ci gün xına gecəsi , 2-ci gün dini mərasimlər , 3-cü və 4-cü günlər təmtəraqlı əyləncə mərasimi keçirilir və son 2 gündə gəlin və bəyin ailələrinin evində axşam yeməkləri yeyilir. Ən qəribə adətlərindən biri isə gəlinin ailəsi bəyə çox ağır təhqirlər edirlər. Bunda məqsədləri isə bəyin səbrini yoxlamaqdır. Əgər, bəy bu imtahandan keçə bilsə, evlənə bilər.

Zəngin və dadlı təamları olan Pakistan mətbəxi  Hindistan mətbəxi ilə çox oxşarlıqlara sahibdir. Burada gündə 3 dəfə yemək yeyilir. Səhər yeməklərində çörək, yumurta , yağ və s. yeyilsə də, günorta və axşam yeməklərində ənənəvi Pakistan yeməkləri yeyilir.

Pakistan terrorizmə, dini münaqişələrə məruz qalan bir ölkədir. Dini inancı fərqli olduğu üçün dostlar, qonşular arasında belə münaqişələr yaranır.  Hətta bəzən vəziyyət bir-birini öldürməklə də nəticələnir.

Pakistanda televiziya verilişləri də fərqlidir. Müxtəlif verilişlərin formatına görə hər hansı yarışda qalib gələnə yeni doğulan uşaq hədiyyə edilib. Bu, Pakistan xalqı tərəfindən normal qarşılanır.

Burada ən böyük problemlərdən bir digəri isə Narkotik aludəçiliyi, alınıb-satılmasıdır. Narkotik istifadəsinin çox olması hər yol başında narkotik satışına səbəb olub. Ölkədə hər il 40 ton və daha çox narkotik istifadə olunduğu təxmin edilir. Artıq hər 10 insandan biri  aludəçi halına gəlib. Və bu da iqtisadiyyata mənfi təsir göstərir. Bunun aradan qaldırılması üçün tədbirlərin görülməsində ayrılan büdcə isə çox azdır. Buna səbəb Pakistanın kasıb ölkə olmasıdır. Pakistan, dünya ölkələri arasında ən kasıb 40 ölkədən biri hesab edilir.

Nicat Tehran
edebince.az