Köşə Tənqid

“Amma saçlarım çox gözəldir, hə, müəllimə?”

Son on doqquz ildə yaşananlara rəğmən bu baxışın, bu deyimlərin hələ davam edə bildiyinə, gücü əlində cəm etmiş qruplaşmaların faşizmi görməməsi halına dair daha nə yaşanıla, nə yazıla, nə deyilə bilər ki? – Feray Aytekin Aydoğan

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı türk köşə yazarı Feray Aytekin Aydoğanın köşə yazısını təqdim edir:

2012… 4+4+4 qaydasının çıxışının ilk ayı idi. “Dininin, dilinin, beyninin, elminin, evinin, kininin, intiqamının davasını edəcək bir gənclik yetişdirəcəyik” deyildi. Ölkənin hər yerində olduğu kimi İstanbulda da məktəblər İmam Hatipə çevrilməyə başladı. Neçə müəllim heyəti, neçə valideynlə birgə bunu protesto etməyə başladıq. Etirazlara baxmayaraq dəyişdirilmiş məktəb adları elə tez-tez açıqlanırdı ki… Kartal, Fatih, Kadıköy, Ümraniye… Günlərcə, aylarca səhərin ilk şəfəqlərindən gec saatlara qədər məktəblərimizə sahib çıxmaq mübarizəsi davam etdirir, məktəblərin qarşısında, məhəllə şənliklərində imza kampaniyaları təşkil edirdik.

Dəyişdirilməsi planlanan bir məktəb də çalışdığım məhəllə məktəbi idi. Yoxsul bir məhəllə idi çalışdığım məhəllə. İşsizlik, yoxsulluq qəbul olunmuş çarəsizlik idi onlar üçün. Məktəbin İmam Hatipə çevrilməsindən sonra valideyinlər nə övladlarını başqa məktəbə köçürərdilər, nə də imkanları çatardı.

Valideynlərin əksəri məktəbin dəyişilməsi üçün razılıq imzası verdi. Məhəllələrdən tutmuş şəhərlərə qədər hər yerdə təhsil şöbələrinin qarşısında aksiyalar keçirildi. Amma bacara bilmədik…

Məktəblər imam hatibə çevrilirdi.

Və mənim şagirdim də imam hatibə başladı. Məktəbdə siniflər, kolidorlar, bufet – qısası hər şey oğlan və qız olmaqla iki yerə ayrılmışdı. Səhər qız-oğlan olmaqla uşaqlar iki yerə ayrılır, giriş-çıxış qapılarının da ayrı olduğu xatırladılırdı. Hər tənəffüs zəngi çalınanda uşaqlar bağçaya qaçır, qız-oğlan birgə oyun oynuyurdular. Uşaqlar bu qədər ayrışdırmaya, qadağaya rəğmən 10 dəqiqəlik istirahətlərinə qarışılmağına qəti icazə vermirdilər.

Şagirdim bir gün yanıma gəldi. Müdirin müavininin onu və saçını örtmək istəməyən 3 digər qızı otağına çağırıb, onlara bağırdığını, “tənbehlədiyini” dedi və əlavə etdi “Amma saçlarım çox gözəldir, hə, müəllimə?”

O cümlə hər ağlıma düşəndə həmin situasiyadakı ağrını bir də yaşayıram. Bacara bilməmişdik, məktəbi xilas edə bilməmişdik. Mən isə şagirdimin saçlarının azadlığına toxunmaqlarını önlədim. Amma bu reallıq idi ki, artıq saçlarının azadlığını belə ona çox görürdülər.

Və bu qaranlıq heç azalmadı. İndi bərpa dərsi adı altında yayda məktəbə gələn yazılarda həmin aylar ərzində dini əsaslarla görüləcək işlər deyilir, dərslərin dini dərslər olacağı açıqlanır. Bərpa dərslərinin mənası, hədəfi son dərəcə açıq ikən, milyonlarla şagird pandemiyaya görə distant təhsilə belə qoşula bilməzkən öyrənmə itkilərinin bu formatda dərinləşdiyi, şagirdlərin psixoloji, sosial ən çətin günlərini yaşadığı dönəmdə “onların” bərpa etməyə çalışdığı “dininin, dilinin, nəslinin, evinin döyüşçüsü…” çağırışları… Bərpa dərsləri adı altında qız-oğlanların ayrı siniflərə bölüşdürülmüş, saçları, bədənləri bağlanılmış uşaqlar…

Şərəf həftəsi hadisələrində türbanlı qadının polislər tərəfindən həbs edilməsi fotosu çox müzakirələrə səbəb oldu. Keçmişin və bu günün “səbəbkarlarının”  gənc qadın olduğuna dair sosial mediyada onlarca paylaşım olundu.

Son on doqquz ildə yaşananlara rəğmən bu baxışın, bu deyimlərin hələ davam edə bildiyinə, gücü əlində cəm etmiş qruplaşmaların faşizmi görməməsi halına dair daha nə yaşanıla, nə yazıla, nə deyilə bilər ki?

Siyasi İslamın məktəbdən qabaq başlayaraq uşaqların saçlarının azadlığını belə əllərindən aıdığı reallığı hələ necə görülə bilmir ki?

Mübarizədə azad bir qadın mübarizəsi mümkündürmü?

İranda baş örtmək qanuna qarşı “Ağ Çərşəmbə” hadisələrinin baş tutduğu günlərdə jurnalist Məsih Əlinejad “Kimsə bizə üsyanın öyrənilə bilinəcək bir bacarıq olduğumu demədi, çünki biz 7 yaşından bəri hicab taxmaq zərurəti ilə üz-üzə idik. İndi hər gün “Ağ Çərşəmbə” olacaq.” deyirdi.

1 iyulda “İstanbul Sözləşməsi”ni təkrar qazanana qədər hər gün “Ağ Çərşəmbə” olacağını demək üçün haqlarımı, yaşamlarımız üçün, “İstanbul Sözləşməsi Bizim” demək üçün mən də Taksimdə olacam. Şagirdlərimin saçlarının azadlığı üçün…

Feray Aytekin Aydoğan
Feray Aytekin Aydoğan

birgun.net

Türkcədən tərcümə: Sənan Mustafa