Ədəbiyyat Poeziya

“Bir uşaq nə anlar ki sevməkdən? Nə anlar ki, sevgi uğruna ölməkdən?” – Orhan Veli Kanık

Ağlasam səsimi eşidərsinizmi, misralarımda,
toxuna bilərsinizmi, göz yaşlarıma əllərinizlə?
Orhan Veli Kanık

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı məşhur türk şair Orhan Veli Kanıkın şeirlərini təqdim edir.

Gün gələr

Gün gələr, baş alıb gedərəm,
Dənizdən təzə çıxmış balıq torlarının qoxusunda.
Bu ada sənin, bu ada mənim,
Yelqovan quşlarının ardı-ardınca.
Dünyalar vardır, düşünə bilməzsiniz;
Çiçəklər gurultuyla açar;
Gurultuyla çıxar duman torpaqdan.
Hələ qağayılar, hələ qağayılar,
Hər bir tüklərində ayrı həyəcan!…
Gün gələr, başıma qədər mavi;
Gün gələr, başıma qədər günəş;
Gün gələr, dəli kimi…

Anlada bilmirəm

Ağlasam səsimi eşidərsinizmi,
Misralarımda,
Toxuna bilərsinizmi,
Göz yaşlarıma əllərinizlə?
Bilməzdim, mahnıların bu qədər gözəl,
Kəlmələrinsə kifayətsiz olduğunu.
Bu dərdə düşmədən əvvəl
Bir yer var, bilirəm;
Hər şeyi danışmaq mümkündür,
Yamanca yaxınlaşmışam, eşidirəm,
Başa sala bilmirəm.

Səni sevmək

Bir uşaq nə anlar ki, sevməkdən?
Nə anlar ki, sevgi uğruna ölməkdən?
Nə anlar yaşam nədir, dünya nə?
Hər şey tozlu çəhrayıdır gözündə.

Həmişə ümidi var, o balaca ürəyində,
Qaranlıqda aydınlıq hiss edər,
Olmayacaq xəyala da “olar” deyər.
Mən də uşağam və cəzalıyam…
cəzam sevilməməkdir.
Tək günahım isə, səni e, canım, səni sevmək!

Orhan Veli Kanık
Türkcədən tərcümə: Nicat Tehran