Köşə Tənqid

Biz heyvanlara kömək etməyi seçdik…

İnsan və ya heyvan: hər biri candır. Yaradılan hər şey müqəddəsdir. Heyvanlar bu dünyanın həm ən çox yararlanılan, həm də, əfsuslar olsun ki, ən çox alçaldılan, əzilən canlılarıdırGüzin Abla

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı türk köşə yazarı Güzin Ablanın köşə yazısını təqdim edir:

Heyvansevər qruplardan birində bir xanım özünə tərəvəzli ciyər qovurması bişirir. Onu yeyən pişiyinin şəklini də çəkərək paylaşır.

Bir bəy də bu xanıma “Onlara etdiyin xərci tələbələrə də edirsən?” sualını verir.

Hörmətli bəy, pişiklə tələbəni müqayisə etməyiniz çox təəccüblüdür.

O zaman buyurun, birlikdə müqayisə edək:

◊ Yolda bir təbəni maşın vursa nə olar?

Camaat toplaşar, o dəqiqə təcili tibbi yardıma zənd vurular, tez bir zamanda xəstəxanaya çatdırılar, sürücü polislər tərəfinfən nəzarətə götürülər.

◊ Yolda bir pişiyi maşın vursa nə olar?

“Heçnə”. Heç bir şey olmamış kimi maşınlar davam edər…

◊ Bir tələbə bir insanın yanına gedib, “ Ay bacı/qardaş, çox acmışam, mənə bir simit ala bilərsən?” desə nə olar?

İnsanların 90%-i həmin tələbəyə bir simit alar.

◊ Bir it bir insanın yanına gedib öz dilində “Çox acam” desə nə olar?

İnsanların çoxu görməzdən gələr, bir qismi qorxar, bir qismi də təpik vurar.

Məsələn siz, “tələbə təqaüdü” deyə bir şey eşitmisiniz? Əminəm ki, eşitmisiniz.

Bəs “pişik təqaüdü” deyə bir şey eşitmisiniz? 

Tələbələrə insanlar, qurumlar, dövlət kömək edər və tələbələrin çoxunun atası-anası vardır. Bu bəsdirmi? Əlbəttə, xeyr!

Tələbələrin daha yaxşı şərtlərdə oxuması üçün siz nə etmisiniz?

Məsələn, tələbələrin və müəllimlərin peyvənd olunması üçün imza kompanyasına qatılmısınızmı?

Bəs itlər üçün insanlar, qurumlar, ana-atalar nə edər? Çox az şey! Qorxulu sığınacaqlar və zibilliklərdəki “ziyafətlər”…

Bax orda işə biz əl atırıq. Əsla yetməz, amma əlimizdən gələnin artığını etməyə çalışır, öz ehtiyaclarımızdan kəsir, gecələr əlimizdə heyvanlar üçün yeməklər, su qabları ilə küçələrdə gəzir, kimsəsizlərin kimsəsi oluruq.

Baxın, cənab: insan, heyvan və təbiət bir bütündür və bu bütün də həyatdır. Çoxumuz əlimizdən gəldikcə “həyata” qatqıda olmağa çalışırıq. Bəzilərimiz insanlara kömək edir, bəzilərimiz heyvanlara kömək edir, bəzilərimiz də sağlam bir təbiət üçün əlləşib ağacları, çayları qorumağa çalışır.

Biz heyvanlara kömək etməyi seçdik. Amma həmişə “Heyvana edəcəyinə, insana et” deyə qınanırıq. Halbuki biz, bir ətraf mühiti qoruyan insana “Ağac əkməkdənsə, uşaq oxut” demirik. Ya da ətraf-mühiti qoruyan biri sizə “İnsana kömək etməkdənsə, gəl bu çayı qoruyaq” demir. Qınanılan həmişə biz oluruq. Həmişə biz açıqlama vermək məcburiyyətində qalırıq. Heyvanlar bu dünyanın həm ən çox yararlanılan, həm də ən çox alçaldılan, əzilən canlılarıdır… “İnsanın qulu”… Və siz, onlara edilən çox kiçik bir köməyə belə göz dikib, o köməklərin insana edilməsini istəyirsiniz. Nə gözəl bir acgözlülük, nə möhtəşəm bir təkəbbür…

İnsan dünyanın bütün nemətlərinin sahibi kimi davranır. “Mənə elektrik gəlsin də, istəyir çaylar qurusun, mən mebel işlədim də ağaclar kəsilsin, mən kürk geyinim də heyvanlar ölsün” məntiqində…

Və indi də “Mən təhsil alım da, pişiklər ac qalsın” nöqtəsinə gəldik, deməli!

İnsanamı kömək edilməsini istəyirsiniz? Edin! Tələbəyə pul xərclənməyini istəyirsiniz? Xərcləyin!

Biz evimizdə, küçələrdə, meşələrdə heyvanlarla birlikdəyik, cənab! Sizi də meydanda görmək görmək istəyərik. Sizə də “qoruyucu ailə” olaraq bir neçə kimsəsiz uşağı evinizə alarkən, Uşaq Qoruma Agentliyində kiçik uşaqlara dəsr öyrədərkən, küçələrdəki narkotik aludəçisi olan uşaqları məktəb həyatına qazandırarkən, məktəbdən çıxarılıb evləndirilən azyaşlı qızları qanuni yollarla yenidən məktəbə geri qaytararkən, fabriklərdə işlədilən uşaqlar üçün haqq axtararkən görmək istəyərik.

Gözləyirik, cənab…

(Dr. Orhan Yayla paylaşımından)

Güzin Abla

Güzin Abla
www.hurriyet.com.tr

Türkcədən tərcümə: Nicat Tehran