Araşdırma Məqalələr Musiqi

Ərini zəhərləyib öldürdülər, jurnalistləri qapısından qovdu, oğlu səfil həyatı yaşadı…

Fatma Mehrəliyeva oğlanları tərəfindən ruhi xəstəxanaya yatırıldı…

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Azərbaycan SSR Əməkdar Artisti Fatma Mehrəliyeva haqqında maraqlı məlumatları təqdim edir:

Onun həyat yoldaşını kimlər və niyə zəhərləyib öldürdülər? O, niyə ruhi-əsəb dispanserinə yatırılır? Ömrünün son illərini tənha keçirən mərhum sənətkar jurnalistləri öz qapısından niyə qovur? Onun oğlu niyə səfil həyatı yaşayır? Üzeyir Hacıbəyovun mənəvi övladı, “Arşın mal alan”ın Tellisi, “Kəsmə Şikəstə”nin mahir ifaçısı olan sənətkarın faciəli həyatı…

Fatma Mehrəliyeva 1926-cı ildə, Qubada doğulur. Hələ 3 yaşı olanda anasını itirən azyaşlı Fatma xalasının himayəsində böyüyür. Orta məktəb illərində gözəl səsi ilə hər kəsi heyrətləndirən Fatma Mehrəliyeva 13 yaşı olanda Bülbülün təklifi ilə Bakıda keçirilən bir festivala göndərilir və burada “Qubanın ağ alması” mahnısını ifa edir. Bu ifası ilə Üzeyir Hacıbəyovun diqqətini çəkir və Üzeyir bəy Fatma Mehrileyva, əvvəlcə, təhsillə, daha sonra işlə təmin edir. Hətta, Üzeyir bəy Fatma Mehrəliyevanı mənəvi övladlığına götürür və İçərişəhərdən bir ev alıb Fatma xanıma bağışlayır.

Fatma Mehrəliyvea 20 yaşı olanda özündən 20 il böyük olan bir qarmon ifaçısı ilə Teyyub Dəmirovla evlənir. Bu evlilikdən Qabil adlı bir oğul övladı dünyaya gəlir. Lakin Qabilin sözlərinə görə Teyyub Fatma xanıma ərlik, övladına da atalıq etmir. Fatma xanım bu evliliyində xoş gün görmür. Bu səbəblə bir müddət sonra cütlük ayrılır.

Müharibə illərində cəbhələrdə konsertlər verir, “Arşan mal alan” filmində oynadığı Telli obrazı ilə şöhrətinə şöhrət qatılır, onun ifasında səslənən “Azərbaycan maralı”, “Qubanın ağ alması”, “Qaragilə” mahnıları dildən-dilə düşür. Lakin Fatma Mehrəliyevadan danışanda “Kəsmə Şikəstə” yada düşür. Mərhum sənətkar Kəsmə Şikəstəni o qədər bənzərsiz ifa edir ki, bu gün Kəsmə Şikəstəni bəzən Fatma Şikəstəsi də adlandırırlar.

Fatma Mehrəliyeva uğurla irəliləyən sənət yolunun bərabərində şəxsi həyatında növbəti dəfə yeni bir səhifə açılır. 1950-ci illərdə hüquq fakültəsinin tələbəsi olan Ələddin adlı bir gənc Fatma Mehrəliyevaya aşiq olur. Lakin bu münasibətə həm Ələddəninin ailəsi, həm də Fatma xanım razı olmur. Ələddənin ailəsi yanında uşağı olan bir qadını özünə gəlin gətirmək istəmir. Fatma xanım isə Ələddinin hüquq sahəsində təhsil aldığını, sənət dünyasına yaxınlaşmağın onun üçün çətin olacağını düşünüb, əvvəlcə, bu münasibətdən imtina edir. Amma Ələddin öz sevdasından əl çəkmir.

1956-cı ildə Fatma Mehrəliyeva Moskvaya səfər yollanarkən, Əllədin də ümumi vaqona bilet alıb Fatma xanımdan xəbərsiz, həmin qatarla Moskvaya yollanır. Bu səfər müddətində yaxından tanış olan cütlük Bakıya qayıtdıqdan sonra ailə qururlar. Bu evlilikdən Fatma Mehrəliyevanın Zəqrəmşah adlı bir oğul övladı daha dünyaya gəlir. Fatma xanım ikinci həyat yoldaşı Ələddin, oğlanları Qabil və Zəqrəmşahla Üzeyir bəyin ona bağışladığı İçərişəhərdəki evində ömrünün ən xoşbəxt günlərini yaşayır. Lakin bu xoşbəxtlik çox çəkmir…

Oğlu Qabilin sözlərinə görə, Filarmoniya Fatma Mehrəliyevanın evinə yaxın olduğu üçün sənət adamları tez-tez onun evində toplaşırmış. Bir gün evindəki sənət adamları üçün süfrə açan Fatma xanımın əri Ələddin bu yeməkdən sonra zəhərlənir. O, dərhal xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmur və Fatma xanımla cəmi 5 illik evliliyində erkən yaşda vəfat edir. Ələddinə zəhərlənmə diaqnozu qoyulur. Qabil Mehrəliyevin sözlərinə görə, evdəki sənət adamlarından Fatma xanımın xoşbəxtliyinə paxıllıq çəkənlər onun ərini zəhərləyib ölürürlər.

Ələddini itirdən sonra Fatma Mehrəliyevanın xoşbəxtliyi də birdəfəlik itir. Fatma xanım bu sarsıntıdan sonra heç kəsi tanımır, gözünü yollara dikib Ələddini gözlədiyini deyir, ona yaxınlaşanları özündən uzaqlaşdırıb “Əl çəkin məndən, Ələddin gəlib, bir az söhbət edək, indi çıxıb gedəcək” deyir. Bu səbəblə övladları onu ruhi-əsəb disspanserinə müalicəyə aparır, bəzən isə onu dispanserə yatırmalı olurlar. Fatma xanım bu dispanserdə siqaret çəkməyə başlayır və siqaret səbəbi ilə zaman-zaman səsinin zərafətini də itirir.

Oğlanları bir müddət Fatma xanıma baxsalar da, sonradan onlar da evlənib ailə sahibi olurlar və Fatma xanımın ruhi xəstəliyi səbəbi ilə heç bir övladı onunla eyni evdə yaşamır. Buna səbəb olaraq oğlu Qabil bildirir ki, “Ruhi xəstə ilə eyni evdə yaşamağın çətinliyini təsəvvür edirsiniz?”. Tamamilə tək qalan Fatma Mehrəliyeva ömrünün sonunda heç kəslə ünsiyyət qurmur, qapısına gələnləri qovur, mətbuatı özündən uzaq tutur. Onun evinə çəkilişə gəlmək istəyən televiziya nümayəndələrinin üzünə qapını çırpıb “məni bu günə qədər yada salmamısınızsa, bundan sonra da lazım deyil” deyir və böyük sənətkar 2000-ci ilin yanvar ayında, İçərişəhərdəki evində vəfat edir.

73 yaşında vəfat edən mərhum sənətkarın oğlu Qabil də acınacaqlı tale yaşayır. Uzun müddət Azərbaycan mətbuatının gündəmində olan Qabil övladlarının onu evdən qovduğunu deyir. 3 oğul 1 qız övladı olan Qabil Mehrəliyev uşaqlarına təhsil verib onları işə də düzəldir. Amma övladların heç biri ataya sahib çıxmır və o, Bakıda, bir vaqonda yaşayır. Fatma xanımın ikinci övladı Zəqrəmşah da 2016-cı ildə vəfat edir.

Orxan Bahadırsoy
edebince.az