Kino Teatr Xəbər

Xalq artisti vəfat edib

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı vəfat edib.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının aktyoru bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Suraxanıda anadan olub. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb.

O, 1978-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb.