Musiqi Şou-biznes Xəbər

Rusiyanı, o təmsil edəcək

Aleksandr Panayotov “Avroviziya”nın 2005-ci ildəki müsabiqəsində iştirak üçün Rusiyadan namizəd idi.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı rus KİV-nə istinadən xəbər verir ki, 2020-ci ildə beynəlxalq “Avroviziya” müsabiqəsində Rusiyanı müğənni Aleksandr Panayotov təmsil edəcək.

Bu haqda ilk dəfə fevralın əvvəllərində prodüsser və müğənni İqor Krutoy müəlimat vermişdi. Onun sözlərinə görə, Rusiyanın birinci kanalı bununla bağlı artıq qərar verib və qərarından 90 faiz əmindir. Aleksandr Panayotovun prodüsseri Qriqori Leps isə o zaman demişdi ki, müğənninin dəqiq olaraq “Avroviziya”da iştirakı bəlli deyil. Həmin vaxtı bu müsabiqədə iştirak üçün iki başqa rəqib də var idi. Bunlar Little Big qrupu və müğənni Polina Qaqarinaydı.

Xatırladaq ki, “Avroviziya-2020” Rotterdamda keçiriləcək. Yarışmanın finalı mayın 16-da baş tutacaq. Rus müğənnisi Aleksandr Panayotov isə bundan öncə də “Avroviziya”nın 2005-ci ildəki müsabiqəsində iştirak üçün Rusiyadan namizəd idi. Onun diskoqrafiyasında üç albomu və çoxlu məşhur mahnıları var.