Araşdırma Məqalələr Nəsr Poeziya

Məşhur təmsil haqqında maraqlı iddia: Sabirin deyil, fransız yazarına aidmiş…

“Lafontenin nağılları bütün uşaqlara öyrədilir, amma aralarında bunları anlayan bir uşaq tapmaq mümkün deyil. Uşaqlar bu nağılları anlasalar daha da pis olardı”.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Gülnar Əhmədin araşdırma-yazısını təqdim edir:

Tülkü və Qarğa nağılı kimindir, Sabirin yoxsa Lafontenin?

       Əvvəla, sizə Jan Jak Russonun məni bu yazını yazmaq məcburiyyətində qoyan kitabı haqda qısa məlumat verim. Kitab, Russonun Emil adlandırdığı xəyali oğluna vercəyi təhsildən, onu əsil insan kimi yetişdirmək üsulundan danışır. Russonun müəyyən səbəblərdən öz uşaqlarını uşaq evinə verməsi isə bir başqa yazının mövzusudur. Qeyd edim ki, Russo bu kitabı yazanda onun əlli yaşı vardı. Russo Emili bütün yazdıqlarının ən yaxşısı və ən əhəmiyyətlisi adlandırdı. Fəqət kitabın ilk nəşri “Svoyar Riçardın inancını elan etməsi” adındakı bölümünə görə Genuyada və Parisdə yandırılmışdı.

        Gələk mənim – bəlkə də bəziləriniz bunu bilirsiniz – diqqətimi çəkən məqama. Kitabın ikinci hissəsində Russo ciddi cəhdlə “Emil heç vaxt heç nəyi əzbər öyrənməyəcəkdir; nağılları, nə qədər gözəl, nə qədər təbii olsa da, hətta, Lafontenin nağıllarını əzbərləməyəcəkdir. Çünki tarixdəki sözlər necə tarix deyilsə, nağıldakı sözlər də nağıl deyildir”  deyir və davam edir. “Lafontenin nağılları bütün uşaqlara öyrədilir, amma aralarında bunları anlayan bir uşaq tapmaq mümkün deyil. Uşaqlar bu nağılları anlasalar daha da pis olardı. Çünki nağıldan çıxan əxlaq dərsi o qədər qarışıq və uşaqların yaşlarına görə o qədər uyğunsuzdur ki, onlara ərdəmdən çox pislik aşılayacağını güman etmək olar.” Russonun kitabda üstündə durub bənd-bənd uşaqlara zərərini isbat eləməyə çalışdığı nağılın adı “Qarğa və Tülkü” nağılıdır. Bizim çoxumuzun Mirzə Ələkbər Sabirin, bir qismimizin də Krılovun bildiyi Qarğa və Tülkü təmsili. İndi sizlərə Mirzə Ələkbər Sabirin yazdığı Qarğa və Tülkü şeirinin, Yaşar Avuncun fransız dilindən tərcümə elədiyi Türk İş Bankasının nəşri olan Emil kitabındakı Lafontenin (1621-1695) “Qarğa və Tülkü” nağılının mətnlərini təqdim edirəm.

Mirzə Ələkbər Sabirin “Qarğa və Tülkü” təmsili

Pendir agzında bir qara qarğa
Uçaraq qondu bir uca budağa.
Tülkü görcək yavaş-yavaş gəldi,
Endirib baş ədəblə, çömbəldi.
Bir zaman həsrət ilə qarğa sarı
Altdan-altdan marıtdı baş yuxarı;
Dedi: ”Əhsən sənə, a qarğa ağa!
Nə nəzakətlə qonmusan budağa!
Bəzədin sən bu gün bizim çəməni,
Şad qıldın bu gəlməyinlə məni.
Nə gözləsən, nə xoşliqasən sən,
Yeri var söyləsəm – hümasən sən.
Tüklərindir ipək kimi parlaq,
Bədnəzərdən vücudun olsun iraq!
Bu yəqindir ki, var sevimli səsin,
Oxu, versin mənə şəfa nəfəsin!”
Böylə sözdən fərəhlənib qarğa
Ağzını açdı ta ki, etsin – ğa.
“Ğa” edərkən hənüz bircə kərə
Pendiri dimdiyindən endi yerə.
Tülkü fövrən havada qapdı, yedi,
Qarğaya tənə ilə böylə dedi:
“Olmasaydı cəhanda sarsaqlar,
Ac qalardı, yəqin ki, yaltaqlar”.

Jan de Lafontenin “Qarğa və Tülkü” nağılı (türkcə)

Karga Efendi konmuştu bir dala.
Ağzında bir parça peynir tutuyordu.
Tilki efendi kokuyla iştahı kabarınca,
Ona şöyle dil dökmeğe başladı.
Hey! Merhaba, Karga Beyefendi!
Ne kadar hoşsunuz!
Bana ne kadar güzel görünüyorsunuz!
Yalanım yok!
Eğer sesiniz de, tüylerinize benziyorsa
Bu ormanın sakinlerinin “Anka”sı olursunuz.
Sevincine diyecek yoktu karganın, bu sözleri duyunca
Göstermek için güzel sesini
Açtı koca ağzını, düşürdü peynirini.
Tilki kapıp peyniri dedi ki: Beyefendiciğim
Bilin ki her dalkavuk
Kendisini dinleyen kişinin sırtından geçinir.
Bu ders de bir peynire değer, kuşkusuz.
Karga utanmış ve şaşkın,
Yemin etti, ama biraz geç, bir daha faka basmayacağına.

         Jan de Lafontenin nağılını türkçədən – ikinci dildən tərcümə eləmədim. İkinci dildən tərcümədənsə, əksər azərbaycanlının orta səviyyədə başa düşdüyü dildə verməyə qərar verdim. Mətnlərdən göründüyü kimi, hər ikisi də aşağı yuxarı demək olar ki, eyni məzmundadır. Lafontenin dilini bilmədiyim üçün onun nağılının dili, bədii estetikası haqqında nəsə deyə bilmirəm. Amma Sabir, həqiqətən, gözəl yaradıb, yaxud tərcümə edib. Bəlkə də Mirzə Ələkbər Sabir bu nağılı  – orijinalı nağıl adlandığı üçün nağıl yazıram – Krılovadan tərcümə edib, bəlkə də elə tərcümə kimi təqdim edib. Burada mənim üçün bəlkələr çoxdur. Bu nüansın, bu sahənin elm adamlarının da diqqətindən qaçması inandırıcı deyil. Amma orta məktəb səviyyəsindəki uşaqları aldatmaq istənilən halda onların gələcəkdə öz tədris proqramlarına, müəllimlərinə, şairlərinə güvənməməklərinə zəmin hazırlayır.

         Russonun bu nağıla bir yanaşması da diqqətimi çəkdi. Bizim həmişə fəxrlə dediyimiz “Olmasaydı cəhanda sarsaqlar, Ac qalardı, yəqin ki, yaltaqlar” (Bilin ki her dalkavuk Kendisini dinleyen kişinin sırtından geçinir) misrasının üstündə xüsusilə durur. Və deyir. “Soruşuram, görəsən şəxsi mənfəəti üçün yaltaqlıq edən adamların var olduğunu altı yaşındakı uşağa öyrətmək lazımdırmı? Uşaqlara uzaq başı onlarla zarafat edən və gizli şəkildə onların axmaq qürurlarına gülən adamların da olduğunu öyrətmək olar. Amma pendir hər şeyi korlayır. Uşaqlara pendiri ağızlarından düşürməməkdən çox, başqasının ağzından düşürmək öyrədirik.” Düzdür, ehkamlarla öz qınına çəkilib yaşamaq daha asandır. Amma internet imkanları heç kimə öz qınında yaşamasına imkan vermir. Fikrimcə, inandığımız ehkamları bir də sorğu-sual eləmək lazımdır.

Jan de Lafonten