Teatr Xəbər

Azərbaycan teatrına Bişkekdən qomuz göndərilib

Aytmatovun “Cəmilə” əsəri Musiqili Teatrda…

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat xidmətindən məlumat verilib.

Qırğızıstan Respublikasının ölkəmizdəki konsulu Davron Almazbekov Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olub. Səmimi keçən görüşdə konsul rejissor A.Babalının quruluş verdiyi “Cəmilə” (Ç.Aytmatov) tamaşası ilə bağlı aparılan hazırlıq işləri ilə yaxından maraqlanıb. O, Bişkekdən xüsusi olaraq Akademik Musiqili Teatra göndərilən qırğız xalqının milli musiqi alətini – tamaşada musiqiçi, Prezident mükafatçısı Atabəy İsmayılovun ifa edəcəyi  “Qomuz”u  rejissora təqdim edib və  bu səhnə əsərində istifadə olunacaq bəzi detalların məhz qırğızların milli mədəniyyətini əks etdirdiyini nəzərə alaraq, səfirliyin xüsusi təşəkkürünü teatr rəhbərliyinə bildirib.

D.Almazbekov iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə təkan verən belə layihələrə görə tamaşanın ideya müəllifi və bədii rəhbəri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə və yaradıcı heyətə minnətdarlığını yetirərək gələcəkdə qarşılıqlı qastrol səfərləri ilə müştərək mədəni əlaqələrin davam etdirilməsini  arzulayıb.