Teatr Xəbər

Rus teatrı səhnəsində yeni texnologiyalar…

Moskvada tearın gələcəyi ilə bağlı ilk festival keçirilir. Festivalda yeni texnologiyaların teatrda tətbiqi əyanə şəkildə göstərilir

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı xəbər verir ki, Moskvada Qorki adına Moska Bədii Teatrının təşkilatçılığı ilə teatrın gələcəyi ilə bağlı festival keçirilir. Festivalı MBT-nın bədii rəhbəri Eduard Boyakov açıb. Festival fevralın 29-a qədər davam edəcək.

Festivalın iştirakçıları yeni texnologiyaların teatrda istifadəsini, müasir sənətin və multimedianın teatra təsirini, həmçinin rus teatrının rəqabətə davamlılığını göstəriblər.

Boyakov deyib ki, günümüzün teatrı dövrün ciddi çağırışları qarşısındadır və festivalın məqsədi bu suallara cavab axtarmaqdır.

Festivalın proqramına: Moskvadan qatılan “Derevo” teatrının “Qızıl” və “Qayıdanlar” tamaşasında immersiv şou, Sankt-Peterburqdan qatılan La Llorona teatrı “QaraAğDeyil” adlı sürrealist səhnələrin olduğu tamaşanı, Petrozavodskidən olan yerli teatr 3D360-VR stilində “Unudulmuş öpüş” tamaşasını, Samaradan olan yerli Opera və Balet teatrı isə fəlsəfi pritça stilində “Kralın üç maskası” adlı tamaşanı nümayiş etdiriblər. Bundan əlavə festivala Rusiyanın fərqli şəhərlərindən olan teatr kollektivləri ən yeni texnologiyaların istifadəsi ilə müxtəlif tamaşalar, performanslar, eskizlər göstəriblər.

Festivalada tamaşalar müxtəlif muzeylərin binalarında göstəriləcək, həmçinin teatrın gələcəyi ilə bağlı rus və dünya teatrı mövzusunda dəyirmi masalar da baş tutacaq.