Kino Xəbər

Məşhur filmin yeni bölümü çəkilir

“Ulduz Müharibələri”nin yeni seriyası çəkilir

Tarixdə ən çox gəlir gətirən ikinci film olan “Ulduz müharibələri” 1977-ci ildən bəri çəkilməkdədir. Ədəbİncə – Ədəbiyyat və İncənət Portalı xəbər verir ki, bir zamanların ən populyar seriallarından olan, Corc Lukasın yaratdığı “Ulduz müharibələri” (The Star Wars) yenidən çəkilməyə başlayır.

Filmin ssenari müəllifi və rejissoru Castin Dillard və ikinci ssenaristi Met Ouensdir. “Ulduz Müharibələri”nin kinoteatrlarda göstərilib-göstərilməyəcəyi, hələlik, bilinmir, ancaq onu “Disney+” platformasından izləmək olacaq.

Xatırladaq ki, 1977-ci ildən bəri çəkilən “Ulduz müharibələri” serialı dünyada ən çox gəlir gətirən filmlər sırasında ikinci yerdədir. Belə ki, bu film mövcud olduğu dövrdə ümumilikdə 10 milyard dollara qədər pul gətirib. Filmin ən çox baxılan və gəlir gətirən seriyası 2015-ci ildə çəkilmiş “Ulduz müharibələri: Güclərin oyanması” seriyasıdır. Bu seriya nə az, nə çox, 2 milyard dollar gəlir gətirib.

2019-cu ildə “Ulduz müharibələri”nin iki seriyası dalbadal çəkilib. Bunlar “Skayuoker. Batış” və “Mandalorech” seriyalarıdır.