Musiqi Şou-biznes Xəbər

Yeni klipində pornosəhnələrə yer verdi

O, qızları it kimi əlləri və ayaqları üzərində gəzməyə məcbur etmişdi.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı xəbər verir ki, alman rock qrupu “Rammstein” və onun qalmaqallarla məşhur solisti Till Lindemann növbəti dəfə publikanı şoka salıb.

          O, bu dəfə daha da irəli gedərək “Till the End” (Sona qədər) mahnısının klipində pornoqrafiya verib. Klip “Na Chui” adlı layihə çərçivəsində çəkilib və pornosaytlardan birinə yerləşdirilib. Buna görə “Rammstein”in pərəstişkarları onu tənqid etməyə başlayıb.

          Rammsteinin yaradıcılığı ilə tanış olanlar 57 yaşlı Till Lindemanın publikanı provokasiyaya çəkdiyini və bu sahədə Almaniyada birinci yerdə olduğunu bilir. Mübahisəli mətnlər, açıq-saçıq geyimlər və kliplərdə, konsertlərdə qalmaqallı hərəkətlər bu müğənni üçün adi bir şeydir.  Məsəlçün, bir il əvvəl Moskvada şeirlər kitabının təqdimatına Lindeman bədənə yapışan lateks materialından olan kostyum və maskalar taxmış qızlarla gəlmişdi. O, qızları it kimi əlləri və ayaqları üzərində gəzməyə məcbur etmişdi.

         Sıravi tamaşaçıya belə hərəkətlər qəribə və ürəkbulandıran gəlsə də, Rammsteinin pərəstişkarları üçün belə provokasiyalar cəlbedicidir, onlar Till Lindemandan məhz belə şeylər gözləyirlər, onu işinin ustası olan böyük sənətkar sayırlar.

         Bu dəfə isə Till Lindeman daha da irəli gedib. O, 14 fevral, sevgililər günündə “Till the End” adlı klipini yayıb. Bu klipində o özü gözəl qızlarla birgə pornosəhnələrdə təsvir olunur. Əlbəttə, bir çoxları bunun da provokasiya məqsədli çəkildiyini bilir, ancaq əksər tamaşaçılar klipin yayılmasından bir həftə keçməsinə baxmayaraq, hələ də sosial şəbəkələrdə onu müzakirə edir.