Poeziya Xəbər

Şairi ölümlə hədələdilər – Foto

“İlk fürsətdə səni öldürəcəm”

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı xəbər verir ki, şair Eminquey Akifi sosial şəbəkədə radikal dini inanclı bir şəxs hədələyib. Şair bu barədə fotonu özünün feysbuk profilində paylaşaraq, polisə müraciət edəcəyini bildirib.

“Vəhabi Suallarına Cavab Bəhramov” adlı istifadə şairə mesajında bildirib: “Bir də sən İslama, onun müqəddəslərinə dil uzatsan, and olsun əzizlərinə, səni ilk fürsətdə öldürəcəm”.

Sözügedən fotonu təqdim edirik: