Rəsm Xəbər

Ən çox baş çəkilən muzey

“Mona Liza” tablosunun olduğu bölümü təmirdə olduğu üçün ziyarətçilərin sayı aşağı düşüb.

       Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı xəbər verir ki, Luvr muzeyi ən çox baş çəkilən muzeylər siyahısına liderlik edir.

       Fransanın paytaxtı Parisdəki Luvr muzeyi 2019-cu ildə ən çox baş çəkilən muzey olub. Belə ki, keçən il bu muzeyi 9,6 milyon insan ziyarət edib. Ancaq keçən il bu muzeyə baş çəkənlərin sayı 600 min nəfər dah çox olmuşdu.

        Muzeyin məlumatına görə yay boyunca muzeyində Leonardo da Vinçinin məşhur “Mona Liza” tablosunun olduğu bölümü təmirdə olduğu üçün ziyarətçilərin sayı aşağı düşüb.

         Luvr muzeyinin direktoru Jan-Luk Martines iyun, iyul və avqust aylarında muzeyin ziyarətçilərinin keçən illə müqaisədə 20 faiz aşağı düşməsinə baxamayaraq muzeyə bu il 9,6 milyon nəfərin gəldiyini bidirib.

          Luvr muzeyinin yaydığı məlumata görə həmçinin buranı ziyarət edən xaricilərin sayının ümumi ziyarətçilərin 75 faizini təşkil etdiyini və onların 1,5 milyonunun ABŞ vətəndaşları olduğu qeyd edilir.