Günaydın

Yayılan porno videolar: çəkənlər və çəkilənlər… – Senzurasız

Nə yalan deyim, ömrümün bu cavan, bu bahar çağında, ancaq ruhumun ahıl vaxtında oturub fikirləşirəm ki, görəsən, başqalarının məlum vəziyyətini videoya çəkib yaymağa çalışanların bu həyatda məramları, məqsədləri nədir?

Ədəbİncə deyir…

        Salam, xalqım! Mən, Ədəbİncə! Dedilər ki, yenə də iki nəfərin yataqda törətdiyi məlum əməli videoya çəkiblər. Onu da dedilər ki, deyəsən, video qurmadır. Bildirdilər ki, videoda iki əks cinsin nümayəndəsini məlum məsələ ilə məşğul ikən yaxalayıb, ifşa edirlər. Mən soruşdum: bəs bunu videoya çəkənlərin özləri bu işlə məşğul olurlarmı, onların məhrəmi varmı? Amma mənim sualıma cavab vermədilər.

        Bu əsnada yadıma bir lətifə düşdü. Deməli, iki gənclik rəfiqəsi, illər sonra, yetkin yaşlarında görüşürlər. Bu rəfiqələrin hərəsinin bir qızı olur. Biri o birindən soruşur ki, “qızın neyləyir?” O, cavab verir ki, “şükür, yaxşıdır, işləyir, dolanır birtəhər”. Ardından qarşı tərəfdən də qızının necə olduğunu soruşur. Qarşı tərəf başlayır nitqinə: “Qızım orta məktəbdə müəllimə işləyir. Üç ay idi işə başlamışdı ki, direktor onu özünə təlim-tərbiyə işləri üzrə müavin götürüb, maaşını da qaldırdı. Sonra gördü ki, avtobusla gəlib-getmək qızın çox vaxtını alır, işindən geri qalır, bir dənə maşın aldı qızıma. İş o yerə gəldi ki, qızım gecə-gündüz işləyəsi oldu. Direktor da məktəbin yanından ev aldı onunçün”.

         Bu danışan öz sözünü bitirərkən, mənim kimi, məəttəl qalmışın biri – qarşı tərəf deyir: “Hə, bacı, başa düşürəm. Vallah, mənim də qızım qəhbədir, amma mən sənin kimi bəzəyə bilmirəm”.

         İndi bu videoya çəkənlərə də, çəkilənlərə də baxanda mən də bu sayaq məəttəl qalıram. Nə yalan deyim, ömrümün bu cavan, bu bahar çağında, ancaq ruhumun ahıl vaxtında oturub fikirləşirəm ki, görəsən, başqalarının məlum vəziyyətini videoya çəkib yaymağa çalışanların bu həyatda məramları, məqsədləri nədir? Nə istəyirlər dünyadan? Gözləntiləri nədir?

       Bu, paxıllıqdırsa, adama deyərlər, səndə də var da! Bu, gicbəsərlikdirsə, məntiqsiz çıxar. Gəl, yemək yeyən yerdə çək, tualetə gedən yerdə çək. Biz də bilək ki, gicbəsərsən. Day camaatı çılğın orqazmlar yaşamağa çalışdığı gərgin adaptasiya vaxtında niyə narahat edirsən, a zalım?

       Dedilər ki, elə bu dəmdə hansısa səhifədə bir admin əcdadımızın meymundan insana keçid dövründə yaşamış hansısa yaraşıqlı cütlüyünün şəklini paylaşıb, “Kamillik yolunda irəliləyərkən… Ah, təkamül, təkamül” deyə əlini alnına qoyub, gözlərini uzaq üfüqlərə zilləyərək, dərin düşüncələrə dalıbmış. Mən biraz onun üçün narahat olmağa başladım. Sakitləşdiricilərin adlarını da çəkə bilmirəm ki, reklam olar.

       Nəysə. Düşünək, görək, həyatımızda kimlərə o ixtiyarı vermişik ki, mərhəmimizə bu cür basqın edə bilərlər? Mən hesab edirəm ki, əvvəlcə, biz heç kəsə bu ixtiyarı verməməli, bu şəraiti yaratmamalıyıq. Belə olsa, məmləkətimizdə məşhur olan bu “məhrəmə basqın” probleminin qarşısı alınacaq. Bəs siz nə düşünürsüz?