Çıxarışlar Musiqi

Eşidə bilməyən bəstəkar: onun Napaleona heyranlığı puç oldu – Dahilər

17 dekabr, 1770-ci ildə, Almaniyanın Bonn şəhərində dünyaya gəlib. Atası kilsə xorunda işləyən musiqiçi olduğuna görə, oğlunun musiqi istedadını anlayıb və ona musiqi haqqında ilkin bilgiləri verib.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı “Dahilər” rubrikasında Lüdviq van Bethoven haqqında maraqlı məlumatları təqdim edir.

O qulaqlar eşitməyəcəkdi…

         Bethoven 17 yaşına gəlincə, teatrlarda skripka çalan, 4 yaşından pianoda özünü göstərmiş profesional musiqiçi idi. 30 yaşı olanda, o, artıq Avropanın sayılı musiqiçiləri arasında yer almışdı.

        Bethoven Napaleona böyük heyranlıq duyurdu. Öz “3-cü simfoniya”sını ona həsr etmək istəyirdi. Amma Napaleonun xalqın təmsilçisindən zorba imperatora çevrildiyini görüncə, ona qarşı heyranlığı puç oldu.

        Napaleonun Vyananı bombaladığı il Bethoven qardaşının evində qulaqlarını yastıqlarla qapıyaraq səsləri duymamağa çalışırdı. Hansı ki, o qulaqlar getdikcə eşitməyəcəkdi. Bir müddət sonra, qəfildən, eşitmə qabiliyyətini itirməyə başladı…

        O, vaxt ötdükcə daha da davakar birinə çevrilirdi. Əsərlərinin satışından gələn gəlirlə varlı bir həyat yaşayırdı. Bethoven tez-tez aşiq olsa da və çox qadının sevgisinin qazansa da ömrünün sonunacan evlənməyib.

       Lüdviq van Bethoven 1827-ci ilin mart ayında vəfat edib. 20 000 insanın qatıldığı dəfn mərasimində onun tabutunu daşıyanlardan biri də Şopen olub.