Çıxarışlar Rəsm

Onlardan qalan nadir xatirələr: bu fotoların yüz yaşı var… – Şəkillər

Bu şəkillərin yüz illik tarixi var…

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı müasir mədəniyyətimizin inşa edildiyi dövrlərə aid fotoları təqdim edir. Bu şəkillər dahi sənətkarların, görkəmli mədəniyyət xadimlərinin, mühüm mədəni hadisələrin nadir şəkillərindəndir.

“Şəkillər” rubrikası

Azərbaycanın ilk Çalğı Alətləri Ansamblı, 1920-ci illər…
Bakı müsəlman artistlərinin Tiflisdə qastrolu zamanı, “Leyli və Məcnun” tamaşasının afişası. 1914-cü il, 9 aprel.
Əhməd Ağdamski, “Leyli və Məcnun” operasında, Leyli obrazında. 1910-cu illər…
Üzeyir Hacıbəyov və yaratdığı ilk Çalğı Alətləri Orkestri, 1930-cu illər…
Hüseynqulu Sarabski, “Leyli və Məcnun” operasında Məcnun obrazında. 1910-cu illər…
Üzeyir Hacıbəyov və Bülbül. 1930-cu illər…
Azərbaycanın ilk balerinası Qəmər Almaszadə “Koroğlu” operasında, Rəqqasə obrazında. 1940-cı illər.
Sağdan: Müslüm Maqomayev, Məmmədhənəfi Terequlov, Üzeyir Hacıbəyov və Hüseynqulu Sarabski. 1917-ci il.
Hüseyn Ərəblinskinin dəfn mərasimi – 1919, 5 mart. Dəfn mərasimində Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı və başqaları iştirak edirlər.