Çıxarışlar Musiqi

Bir primadonna ilə başlayan sevgi, təhdidlə evlilik, platonik aşiqinin 13 il maaşı və intihar… – Dahilər

Pyotr İliç Çaykovski 1840-cı ildə, Rusiyada doğulub. O, romantik dövrün ən böyük rus bəstəkarıdır. “Selkunçik”, “Qu gölü” baleti, “Yevgeni Onegin” operası və simfoniyaları ilə dünya şöhrəti qazanmışdır.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı “Dahilər” rubrikasında Pyotr İliç Çaykovski haqqında maraqlı məlumatları təqdim edir.

Pyotr İliç Çaykovski

1891-ci ildə Çaykovskiyə yeni bir balet yazmağı sifariş verirlər. Çaykovski, əvvəlcə, bu balet üçün təklif edilən mövzunu sevmir. Yəni, bir uşağın oyuncaqları ilə bağlı yuxularından balet yazmaq ona maraqlı gəlmir. Buna rəğmən, baleti yazır və Çaykovskiyə böyük şöhrət gətirən əsərlərindən biri məhz həmin “Selkunçik” baleti olur.

Çaykovski piano ilə orkestrın uyğunlaşmasını heç sevməzdi. Bu səbəbdən piano ilə orksetrın yarışdığı bir əsər yaratdı – “Birinci piano koserti”. Əsərdə piano orkestri izləmədən daha çılğın çalınarkən, orkestrin simli alətləri həzin çalınır. Əsər 1875-ci ildə, məşhur pianoçu Nikolas Rubinşteyn üçün yazılıb. Amma Rubinşteyn əsəri bəyənməyib və icra edilməyəciyini bildirib. Bu səbəbdən, əsər, ifa olunması üçün Hans von Brunoya təhvil verilib.

Çaykovski ölkəsində fəaliyyət göstərən italyan opera truppasında bir primaddonna (operalarda baş rol ifaçısı) ilə qısa sevgi münasibəti yaşayıb və bir müddət sonra ayrılıblar. Daha sonra ona aşiq olan tələbəsi Antonina Miliukova ilə evlənib. Tələbəsi “mənimlə evlənməsən, intihar edəcəyəm” deyə hədələyib bəstəkar müəllimini. Amma bu evlilik cəmi iki ay çəkib. Bundan sonra isə Çaykovskinin məşhur platonik eşq macərası başlayıb.

O, varlı və dul bir qadınla platonik eşq yaşayıb. Onlar öz aralarında anlaşıblar ki, məktublaşacaqlar, amma əsla görüşməyəcəklər. Zəngin qadın Çaykovski üçün ildə 6000 rubl maaş ayırıb. Bu anlaşma 13 davam edib. Daha sonra bəstəkar öz musiqisindən pul qazanmağa və bu qadının himayəsindən çıxmağa başlayıb. 1890-cı ildə varlı və dul qadın qəfildən onunla məktublaşmağı kəsib. Həmin qadın vəfat etdiyi üçün məktubların kəsildiyi iddia edilir.

1893-cü ildə Çaykovski Rusiyadan ayrılıb, əvvəlcə, Berlinə, sonra Parisə gedir. Əsərinə özü rejissorluq etdikdən 9 gün sonra vəfat edir. Rəsmi açıqlamalara görə bir hücum sırasında bir bardaq qaynamamış su içmiş və bu üzdən ölmüşdür. Amma araşdırlamalar nəticəsində intihar etdiyi qənaətinə gələnlər də var. İmperatorluğun bir kişi üzvü ilə münasibətə girməklə günahlandırılmış və buna görə zəhər içməyə məcbur edildiyi də deyilir. Yenə də ölümünün dəqiq səbəbi tarixə bəlli deyil…

Çaykovskinin ən məşhur bəstələri…