Kino Şou-biznes

Tanınmış aktyor TV-lərdən küsdüyünü deyib – VİDEO

Xalq artisti Valeh Kərimov “Şou ATV” verilişinə telefonla zəng edib.

Ədəbincə – Ədəbiyyat və İncəsənət Portalı xəbər verir ki, “Bəxt üzüyü” filmində canlandırdığı “Moşu Göyəzənli” obrazı ilə tanınan aktyor efirlərdən küsdüyünü söyləyib. O, aparıcı Nanə Ağamalıyevanın proqrama dəvətindən də imtina edib:

“İnanmıram ki, efirlərlə mənim münasibətim düzələr. Mənə gözəl obraz verilsə elə oynayaram, canını da alaram. Bu boşluğu efirdə qonaq olub, söhbət etməklə doldurmaq çətindir”.

Qeyd edək ki, aktyor bir müddət əvvəl heç bir filmə dəvət almadığını, teatrda çalışmadığını söyləyib.